Xızıda 71 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda 71 ədəd partlamamış hərbi sursat tapılıb
  27 Oktyabr 2017    Oxunub:1282
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, oktyabrın 26-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 71 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 053 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 064 650 kv.m (106.47 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 54 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 13 413 ədəd partlamamış hərbi sursat (PHS), 5 662 ədəd partlamış-yanmış sursat qalıqları və 50 358 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 53 900 258 kv.m (5 390 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti