Bakı metrosunda nə baş verir? - Problemin səbəbi açıqlandı (VİDEO)

Bakı metrosunda nə baş verir? - Problemin səbəbi açıqlandı (VİDEO)
  27 Oktyabr 2017    Oxunub:10688
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. "Dərnəgül" stansiyasından "Həzi Aslanov" istiqamətinə və əks tərəfə hərəkət edən qatarlar stansiyalara gecikmə ilə daxil olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, problem səhər saatlarında qatarların depodan xəttə qəbul edilməsində yaşanıb.

Qurum rəsmisi qeyd edib ki, xəttə kifayət qədər qatar qəbul edə bilməyiblər. Ona görə də sərnişin sıxlığı yaranıb: "Saat 7-dən sonra xəttə qatarların hərəkətini tam bərpa etdik. Buna baxmayaraq, sərnişin sıxlığı var idi. Artıq qatarlararası interval tam bərpa edilib. Bir neçə stansiyada sıxlıq müşahidə olunur. Hərəkət yaxın yarım saat ərzində qaydasına düşəcək".



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   Sıxlıq   Gecikmə  





Xəbər lenti