Naxçıvandakı hərbi parad dünya mətbuatında

Naxçıvandakı hərbi parad dünya mətbuatında
  27 Oktyabr 2017    Oxunub:4409
Oktyabrın 18-də Naxçıvanda keçirilən hərbi parad bir sıra dünya mətbuatında işıqlandırılıb.

Dünya və xüsusən də yaxın bölgə ölkələri üzrə təfərrüatlı xəbərlər yayan podrobnonews.ru xəbər portalı Naxçıvanda keçirilən hərbi parad haqqında geniş məlumatı 14 fotoşəkillə sayta yerləşdirib.
Öz səhifələrində ən son və vacib xəbərləri işıqlandıran digər rus portalı https://azvision.az/redirect.php?url=http://ru.redtram.com da hərbi paraddan məlumat verib. İngilis, rus və ukrayna dillərində informasiya yayan Ukrayna portalı uaport.net isə “Azərbaycan yenilikləri” rubrikasında Naxçıvandakı hərbi parad haqqında məlumatları öz izləyicilərinə çatdırıb. ABŞ-ın San-Fransisko şəhərində yerləşən www.livejournal.com onlayn bloq platforması Milli Ordumuzun gücünü göstərən bu parad haqqında rus dilində informasiyanı yayımlayıb.

Naxçıvandakı hərbi parad haqqında ingilis və türk dillərində olan digər informasiyaya isə liveuamap.com portalının Qafqaz bölümündə də rast gəlinib. Azərbaycan Ordusunun döyüş gücü haqqında ingilis dilində olan başqa bir informasiya ABŞ-ın reddit.com saytında da yerləşdirilib.

Burada maraqlı bir məqam isə xəbərin yer aldığı bu saytın təsisçilərindən birinin erməni olmasıdır. Xarici mətbuat və informasiya saytlarında verilən məlumatlardan da göründüyü kimi, Azərbaycan hərbi qüdrətini ən müasir silahlarla silahlanmış mütəşəkkil orduya malik olması ilə beynəlxalq səviyyədə bir daha təsdiqləyir. (Şərq qapısı)


Teqlər: Naxçıvan   Parad  





Xəbər lenti