Daha bir yol əsaslı təmir edilir

Daha bir yol əsaslı təmir edilir
  27 Oktyabr 2017    Oxunub:1626
Prezident İlham Əliyevin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən, “Azəravtoyol” ASC təmir-tikinti işlərini davam etdirir.
AzVision.az quruma istinadən xəbər verir ki, əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metrenində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir.

Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 11 km-lik ərazidə yekunlaşdırılıb.

Yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintsinindən sonra yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yolun 300 min m2-dən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örütüyü döşənəcək.

Layihə çərçivəsində “Azəravtoyol” yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmirini planlaşdırır. Artıq 1 körpüdə bu işlər yekunlaşmaq üzrədir. Söhbət Zaqatala şəhərində, Tala çayı üzərində yerləşən avtomobil körpüsündə gedir.

Bundan başqa layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların 32-i artıq qurulub və bu istiqamətdə işlər davam etdirilir.
Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq.

"Zaqatala-Balakən-Mazımçay hissəsi 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq", - deyə məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti