Ərdoğan Bakıda Qarabağı müzakirə edəcək - Bir sıra sənədlər imzalanacaq

Ərdoğan Bakıda Qarabağı müzakirə edəcək - Bir sıra sənədlər imzalanacaq
  27 Oktyabr 2017    Oxunub:2070
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.
AzVision.az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, səfər zamanı Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Kvirikaşvili ilə birliklə oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində iştirak edəcək.

Oktyabrın 31-də isə Ərdoğan prezident İlham Əliyevlə birgə Türkyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısına qatılacaq. Nazirlərin də iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Ərdoğanı Bakıda keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, regional və qlobal məsələlərin həlli ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Məlumatda vurğulanır ki, Ərdoğanın səfəri iki ölkə arasında diplomatik münasibətlərinin 25-ci ildönümünə təsadüf etməsi baxımından da xüsusi önəmə sahibdir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti