Xızıda 136 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 136 ədəd partlamamış hərbi sursat aşkarlanıb
  28 Oktyabr 2017    Oxunub:1101
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, oktyabrın 27-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ev və həyətyanı sahəyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 136 ədəd partlamamış hərbi sursat (PHS), 138 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 600 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 986 900 kv.m (98.69 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 55 gün ərzində 13 549 ədəd partlamamış hərbi sursat (PHS), 5 800 ədəd partlamış-yanmış sursat qalıqları və 51 958 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 54 887 158 kv.m (5 489 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti