Ermənistanda Ombudsman İnstitutu ləğv edilir

Ermənistanda Ombudsman İnstitutu ləğv edilir
  28 Oktyabr 2017    Oxunub:1951
Ermənistanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu ştat vahidi kimi ləğv oluna bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb. Qəzet yazdığına görə, Ermənistanda 2018-ci ildə vəzifəsindən uzaqlaşdırılacaq məmurlar arasında Ombudsman Arman Tatoyanın da adı hallanır.

Mənbə iddia edir ki, bu ştat vahidi ümumiyyətlə ləğv oluna bilər. Bu məqsədlə maliyyə ombudsmanı, səhhiyyə ombudsmanı və uşaqların hüquqlarının müdafiəsi institutlarının yaradılması nəzərdə tutulur.

Hakimiyyət dairələrində yayılan məlumata görə, Tatoyan öz rolunu yaxşı oynamağa müvəffəq olmayıb və qısa zamanda hakim respublikaçıların hüquqlarının müdafiəçisi adını qazanmaqla ifşa olunub.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Ombudsman  





Xəbər lenti