Terrorçuların gizli danışığında mitinqlə bağlı deyilənlər - VİDEO

Terrorçuların gizli danışığında mitinqlə bağlı deyilənlər - VİDEO
  28 Oktyabr 2017    Oxunub:15222
Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Şuranın 28 oktyabr tarixində keçirəcəyi mitinqdə terror aktı planlaşdıran ekstremist cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Bununla Bakıda böyük faciəyə səbəb ola biləcək terror aktının qarşısı alınıb.
Təəssüflər olsun ki, başda Əli Kərimli olmaqla radikal müxalif cəbhənin nümayəndələri təhlükəsizliyimizi yüksək səviyyədə qoruduğu üçün dövlət qurumlarına təşəkkür etmək əvəzinə, DTX-nın yaydığı məlumata şübhə ilə yanaşıb.

Ötən gün DTX-nın antiterror əməliyyatlarına dair yaydığı audio-video kadrlar bir daha göstərdi ki, ekstremist dini təşkilatın üzvləri Azərbaycanda çaşqınlıq-xaos yaratmaq üçün məqsədli şəkildə müxalifətin mitinqini hədəf seçiblər.

Təqdim olunan kadrlarda Milli Şuranın mitinqində terrora hazırlıq planları səs yazıları ilə sübuta yetirilib.



Qeyd edək ki, DTX siyasi mövqeyindən, kimliyindən aslı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşının təhlükəsizliyini qoruyur. Müxalifətin mitinqində terror aktının qarşısını almaqla DTX həm də Əli Kərimli və tərəfdarlarının həyatını xilas etmiş oldu. Buna görə dövlətə böhtan atmaq yox, təşəkkür etmək lazımdır.

Mövzu ilə bağlı oxşar yazı: Milli Şuranın mitinqində terror planlaşdıran şəxslər məhv edilib

AzVision.az


Teqlər: DTX   Terror   Əməliyyat  





Xəbər lenti