Cəmil Həsənli gəlmədi, mitinq başa çatdı - VİDEO+FOTOLAR

Cəmil Həsənli gəlmədi, mitinq başa çatdı -  VİDEO+FOTOLAR
  28 Oktyabr 2017    Oxunub:17381
Milli Şura adlı müxalif qrup Bakıda növbəti dəfə mitinqə toplaşıb.
AzVision.az xəbər verir ki, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirilib.

"Məhsul"a yığışanların sayı ötən mitinqlərlə müqayisədə xeyli az, təxminən 1000 nəfərə yaxın olub. Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə iştirak etməyib.

İki saat nəzərdə tutulan mitinq zamanı bəzi cəbhəçilər təxribatçı şüarlar səsləndirməyə çalışıblar. Polis əməkdaşları AXCP fəalı İlham Hüseynə qeyri-etik şüara görə xəbərdarlıq edib. Bu məqamda cəbhəçilərdən biri polisin ünvanına təhqiramiz söz işlədib.

Müxaliflər mitinqi vaxtından tez tərk etməyə başlayıblar. Çıxışlardan sonra mitinqin başa çatdığı elan edilib.

Qeyd edək ki, bundan öncəki aksiyalarda olduğu kimi digər müxalifət partiyaları Milli Şuranın mitinqinə dəstək verməyib.

























AzVision.az


Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti