Prezident iki deputatla bağlı sərəncam imzaladı

Prezident iki deputatla bağlı sərəncam imzaladı
  28 Oktyabr 2017    Oxunub:1733
Prezident İlham Əliyev deputat Hadi Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, H. Rəcəbli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Prezidentin digər sərəncamı ilə millət vəkili Musa Qasımlı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti