Bu şəxslərin hərbi qeydiyyatını aparacaq orqan dəyişib

Bu şəxslərin hərbi qeydiyyatını aparacaq orqan dəyişib
  29 Oktyabr 2017    Oxunub:1554
Pezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malik olduğu üçün bu orqanlarda xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılır.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Fərman  





Xəbər lenti