“Qarabağ” – “Atletiko” oyunu almanlara həvalə edildi

“Qarabağ” – “Atletiko” oyunu almanlara həvalə edildi
  29 Oktyabr 2017    Oxunub:4708
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” oyununun hakimləri məlum olub.
Madriddə baş tutacaq qarşılaşma almaniyalı hakimlərə həvalə edilib.

Görüşün baş hakimi Deniz Aytekin olacaq. Referiyə yan xəttə Quide Kleve və Markus Heker yardımçı olacaqlar. Köməkçi hakim funksiyasını Daniel Sibert və Benjamin Nrand yerinə yetirəcək.

Oyunun ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

AzVision.az


Teqlər: Qarabağ   Madrid  





Xəbər lenti