"Bakı-Tbilisi-Qars dünya üçün önəmli layihədir" - ABŞ səfiri

"Bakı-Tbilisi-Qars dünya üçün önəmli layihədir" - ABŞ səfiri
  30 Oktyabr 2017    Oxunub:2452
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Avrasiya məkanında kommersiya və əlaqələrin qurulması baxımından olduqca önəmli layihələrdən biridir.

AzVision.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.
"Biz uzun müddət Yeni İpək Yolunun əhəmiyyəti barədə danışırdıq. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi bu istiqamətdə görülən işlərdən biridir. Azərbaycan və Gürcüstanın coğrafi mövqe və yerləşməsini bir daha qeyd etmək istəyərdim. Bu yerləşmə, layihə dünya üçün olduqca önəmlidir" - Səfir qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti