“ASAN xidmət”ə 18 milyonuncu müraciət - FOTOLAR

“ASAN xidmət”ə 18 milyonuncu müraciət - FOTOLAR
  30 Oktyabr 2017    Oxunub:4764
61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb.
“ASAN xidmət”-dən AzVision.az-a verilən xəbərə görə, Salman Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

18 milyonuncu vətəndaş müraciətinin sahibi Salman Cəlilov “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.






AzVision.az




Teqlər: ASAN-xidmət   Gəncə  





Xəbər lenti