Zəngilanın işğalı Pakistan mətbuatının gündəmində

Zəngilanın işğalı Pakistan mətbuatının gündəmində
  30 Oktyabr 2017    Oxunub:3066
Pakistanın “Pakistan in the World” jurnalının elektron səhifəsində “Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, məqalədə oktyabr ayının 29-nun Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü kimi yad olunduğu bildirilir.
Həmçinin, Zəngilan rayonunun coğrafi mövqeyi barədə məlumat verilir və rayonun strateji mövqedə yerləşdiyi diqqətə çatdırılır. Məqalədə Zəngilanın Çar Rusiyası tərəfindən işğalından başlayaraq Sovet dövrünə qədər keçdiyi inzibati-ərazi bölgüsü barədə məlumat verilir, 1925-ci il sənədlərində Zəngilanın Cəbrayıl rayonunun ərazisi kimi göstərildiyi bildirilir, 1967-ci ildə Zəngilana şəhər statusu verildiyi qeyd olunur.

Məqalədə həmçinin, Zəngilanın təbii gözəllikləri, əlverişli coğrafi mövqeyi, bölgədə yerləşən dağ silsilələri, bölgənin iqlim şəraitinə toxunulur. Eyni zamanda, bölgənin Sovet dövründə mənəvi və maddi itkilərə məruz qaldığı, kollektivləşmə və repressiyaların burada ciddi iz qoyduğu vurğulanır.

Yazıda Zəngilanın öz mövcudluğunun son illərində 1992-ci ilin dekabrında baş verən bu bölgənin ən ağır Şayıflı qətliamını yaşadığı, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlıların 67 gün tam mühasirə şəraitində ermənilərlə sinə gərdiyi, 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisinin son anadək vuruşaraq Araz çayını keçdiyi, İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdığı və Ermənistanın işğalı ilə rayonun daha böyük fəlakətlə üz-üzə qaldığı qeyd olunur.



AzVision.az


Teqlər: Zəngilan   Pakistan  





Xəbər lenti