Ombudsman nümayəndələri hərbi təhsil müəssisələrində - Fotolar

Ombudsman nümayəndələri hərbi təhsil müəssisələrində - Fotolar
  30 Oktyabr 2017    Oxunub:1251
Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Ombudsman təsisatı və təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunmasının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, monitorinq zamanı aparatın əməkdaşları təhsil müəssisələrində şəxsi heyətin maddi, məişət şəraitləri, ərzaq, tibbi təminatı və tədrisin vəziyyətini yoxlayaraq, görülən işləri müsbət qiymətləndiriblər.






AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti