Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Ali Baş Komandana yeni səlahiyyətlər verilir
  30 Oktyabr 2017    Oxunub:2260
Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.

AzVision.az-ın məlumatına görə, “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr edilir.
Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Dəyişiklik Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti