Göygöldə ödənişsiz tibbi müayinə aksiyası - Fotolar

Göygöldə ödənişsiz tibbi müayinə aksiyası - Fotolar
  30 Oktyabr 2017    Oxunub:3582
"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöldə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, aksiya çərçivəsində 550-ə yaxın vətəndaş müraciəti qeydə alınıb. Belə ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.



Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.



Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

AzVision.az

Qalereya




Teqlər: ASAN-xidmət  





Xəbər lenti