"Daha böyük layihələrə imza atacağıq"- Ərdoğan

  30 Oktyabr 2017    Oxunub : 762
"Daha böyük layihələrə imza atacağıq"- Ərdoğan

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxışı zamanı layihənin əhəmiyyəti barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu xətt regionumuza yalnız iqtisadi fayda gətirməyəcək. Eyni zamanda, layihə sülh, təhlükəsizlik və sabitlik, sosial rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.

Türkiyə Prezidenti regionun qədim dövlətləri olan ölkələrimizin daha böyük layihələrə imza ata biləcəklərini deyib.

“Bu günədək həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır. Bu düşüncələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının və ilk səfərinin bir daha xeyirli olmasını Allahdan diləyirəm. Bu qürur günümüzdə iştirak edən bütün qonaqlarımıza təşəkkürlərimi bildirirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

AzVision.az

Teqlər: Türkiyə   Ərdoğan