Ohanyanın arvadı Sarkisyan haqqında: "Yadıma gəlir, ordudan yayınırdı"

Ohanyanın arvadı Sarkisyan haqqında: "Yadıma gəlir, ordudan yayınırdı"
  31 Oktyabr 2017    Oxunub:3127
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı, Ermənistan Hərbi Həkimlər Assosiasiyasının sədri Ruzanna Xaçatryan sosial şəbəkədə ölkənin hazırki müdafiə naziri Vigen Sarkisyanla bağlı tənqidi status paylaşıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun statusunda açıq şəkildə nazir Vigen Sarkisyanın adı hallanmasa da, mesajın dolayısı ilə ona ünvanlandığı bildirilir. Artıq bir neçə gündür ki, bu məsələ müzakirələrə səbəb olub.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan məsələni şərh etməkdən boyun qaçırıb və bu barədə heç nə deməyib.

Ruzanna Xaçatryanın müzakirələrə səbəb olan yazısı: "Özündən razı, barmağını silkələyərək hərbi xidmət, hərbi xidmətə bərabər çağırış, dövlət üçün əhəmiyyətli digər məsələlərə çarə tapan bir yüksək vəzifəli məmur məni təəccübləndirir. Xatirələrim məni 18 il geriyə aparır. Mən Erebuni tibb mərkəzində diş müayinəsində işləyirdim və o adamı müalicə etmişəm, 25 ilə yaxındır ki, şəxsən tanıyıram.

Yadıma gəlir, o vaxt ordudan necə yayınırdı, hərbi polisin onu necə axtardığını xatırlayıram. Atası oğlunu hərbi polisin axtarışından xilas etmək üçün yüksək vəzifəli hərbçinin məsləhətçisi olan rəfiqəsinə müraciət etmişdi. Mən o vaxt, o qızın da dişlərini müalicə etmişəm və xatırlayıram ki, “qayğıkeş” rəfiqəsi, əgər səhv etmirəmsə, o zaman müdafiə nazirinin müavini olan Şirxanyanın vasitəsilə onu cəzadan xilas etdi. O, bu gün guya böyük filosof, böyük müəllim, müxtəlif tribunalardan barmağını silkələyərək, gənc nəslə tərbiyəvi məsləhətlər verməyə cəhd edir...”

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Sarkisyan   Ohanyan   Ermənistan  





Xəbər lenti