Sürücülərin diqqətinə: Bu gün sonuncu gündür

Sürücülərin diqqətinə: Bu gün sonuncu gündür
  31 Oktyabr 2017    Oxunub:3432
Bu gün yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti başa çatır.
AzVision.az xəbər verir ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri keçirilir.

Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, icazə verilən müksimum kütləsi 3.5 ton və daha az olan yük avtomobilləri istehsal olunduqdan sonra 5-ci, 7-ci, 9-cu, 11-ci il və sonra hər il texniki baxışdan keçməlidir. İcazə verilən kütləsi 3.5 tondan yuxarı olan yük avtomobilləri isə istehsal olunduqdan sonra 2-ci il və hər il texniki baxışdan keçməlidir. Avtobuslar da istehsal olduqdan sonra 2-ci il və daha sonra hər il texniki baxışdan keçməlidir.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: DYP  





Xəbər lenti