Bakıda Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib - FOTOLAR+VİDEO

Bakıda Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib - FOTOLAR+VİDEO
  31 Oktyabr 2017    Oxunub:3945
Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilir. Bununla əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.



Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.



Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdülər.



Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.



AzVision.az

Qalereya




Teqlər: Türkiyə   Azərbaycan   İlham-Əliyev   Ərdoğan  





Xəbər lenti