Siyavuş Novruzov: Bəzi deputatlar “Əsrin müqaviləsini” bəyənmirdi

Siyavuş Novruzov: Bəzi deputatlar “Əsrin müqaviləsini” bəyənmirdi
  31 Oktyabr 2017    Oxunub:2011
“Həm Bakı-Tbilisi-Qars layihəsinin açılışı, həm də "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin ratifkasiya olunması mühüm hadisədir və xalqımızın gələcəyi üçün gözəl layihədir”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, "Azəri-Çıraq-Günəşli" üzrə yeni sazişin ratifikasiya olunması Azərbaycan xalqının tarixdə atdığı mühüm addımlardan biridir:

“Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılmış addımdır. Vaxtilə bəziləri “Əsrin müqaviləsini” xülya adlandırırdı. Tarix sübut etdi ki, həmin insanların düşüncəsi xülyadır. Həmçinin müqaviləni bəyənməyənlər arasında bu gün bizim parlamentdə oturanlar da var. Digərləri bunu zamanla başa düşəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti