Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın ilk gününə olan hava proqnozu
  31 Oktyabr 2017    Oxunub:1489
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 17-20,Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək,bəziyerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə8-13, gündüz 17-22,dağlarda gecə2-6, gündüz10-15dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 1-2-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti