Sahibkarlara 2021-ci ilədək “yaşıl işıq” yandırıldı

  31 Oktyabr 2017    Oxunub : 736
Sahibkarlara 2021-ci ilədək “yaşıl işıq” yandırıldı

Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılır.

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilib.

Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanununun layihəsi qəbul olunub. Sənəddə yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulmuşdu.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Yoxlama