Nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırıldı - Yenilənib

Nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırıldı - Yenilənib
  31 Oktyabr 2017    Oxunub:5057
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Hazırda məsələ Milli Məclisdə müzakirə olunub. Müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti