“Bu qanun layihəsinin əleyhinə səs verəcəyəm” - Zahid Oruc

“Bu qanun layihəsinin əleyhinə səs verəcəyəm” - Zahid Oruc
  31 Oktyabr 2017    Oxunub:1547
“Sadə insanları nümayəndəsiz qoymağımız yanlışdır. Hazırda məhkəmələrdə 100 minə yaxın mülki iş var. Vəkillərin sayını artırmadan bu prosesi həyata keçirmək çətin olacaq”.
AzVision.az xəbər verir ki, bunu deputat Zahid Oruc Nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran layihənin parlamentdə müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan vəkillərin sayına görə Gürcüstan və Ermənistandan geridədir: “Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətdə qoyacağıq. Ali Məhkəməni düşünməyə çağırıram. Bu qanun layihəsinin əleyhinə səs verəcəm”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Zahid-Oruc  





Xəbər lenti