“Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır” - İlham Əliyev

“Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır” - İlham Əliyev
  01 Noyabr 2017    Oxunub:1471
"Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkələr yoxdur"

AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.
Prezident vurğulayıb ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Təbii ki, müzakirə olunan məsələlərlə bağlı bizim aramızda fikir birliyi var. Bütün məsələlər öz həllini tapır. Müzakirə olunan məsələlər həyatda öz əksini tapır.

Dövlətimizin başçısı qeyd edib ki, siyasi əlaqələr çox uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. “Mən bu il iki dəfə Türkiyədə olmuşam. Bu gün Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də biz hər zaman olduğu kimi, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır”, - deyə Prezident qeyd edib.

Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, birliyinin bölgə üçün önəmli amil olduğunu, bölgədə sabitləşdirici rol oynadığını vurğulayan Prezident İlham Əliyev deyib: “Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti