Könüllülər yeni kampaniyaya başlayır

Könüllülər yeni kampaniyaya başlayır
  01 Noyabr 2017    Oxunub:1747
"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə qürur günümüz olan 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə #9noyabr haştaq kampaniyasına start verilir.
Başladılan sosial kompaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncamına dəstək olaraq tariximizin, müstəqil Azərbaycanın bu tarixdə keçdiyi çətin mərhələlərdə qazandığı dəyərlərinin, başda Azərbaycan Respublikasının Dövlət Bayrağı olmaqla onun milli simvollarının və eyni zamanda vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik ideyalarının təbliğidir.

Kompaniya sosial şəbəkələr üzərindən həyata keçiriləcəkdir. Belə ki, sosial şəbəkədə istifadəçilər #9noyabr haştaqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım edərək (foto, video, blog və s.) başladılmış trendə qoşulur və paylaşılan məzmunlarla cəmiyyətdə vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olacaqdırlar.

“ASAN Könüllüləri” təşkilatı olaraq sosial şəbəkələri 3 rəngə boyamaq məqsədilə bütün dövlət orqanları, özəl qurumları, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını bu aksiyaya qoşulmağa çağırırıq.

AzVision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti