Qurban Qurbanov: "Futbolçularımla fəxr edirəm"

Qurban Qurbanov: "Futbolçularımla fəxr edirəm"
  01 Noyabr 2017    Oxunub:16172
“Çox çətin oyun oldu. Futbolçularımla fəxr edirəm".
AzVision.az xəbər verir ki, bunu "Atletiko" ilə oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi bildirib ki, çox güclü qrupda mübarizə aparırıq:

"Bu cür oyunlar futbolçularımın təcrübə qazanması üçün çox önəmlidir. Belə oyunlara ehtiyacımız var. Futbolçular hətta məğlub olsalar da, oyundan həzz almalıdırlar. Belə oyunlarla potensialımızı inkişaf etdirmək istəyirik”.

Q.Qurbanov Pedro Enrikenin qırmızı vərəqə alması ilə bağlı epizodda hakimin ədalətli olduğunu bildirib.

Növbəti ildən “Qarabağ” kimi komandaların Çempionlar Liqasına düşməsinin çətin olacağı ilə bağlı suala Q.Qurbanov cavabında deyib: "Əlbəttə, biz bu turniri gördükdən sonra burada hər il iştirak etmək istərdik. Bunu etmək daha çətin olsa da, potensialımızı artırmağa çalışmalıyıq. UEFA-nın qaydaları nəyi tələb edirsə, ona uyğun hərəkət edəcəyik”.

Xarici ölkə klublarından gələcək təkliflər barədə danışan baş məşqçi qeyd edib ki, indi bu barədə düşünmür və əsas diqqətini hazırda çalışdığı “Qarabağ” komandasına yönəldib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" səfər oyununda "Atletiko" ilə 1:1 bərabərə qalıb.

AzVision.az


Teqlər: QarabağFK   Qurban-Qurbanov  





Xəbər lenti