Heydər Əsədov 1 milyard dollar qazanmağı hədəfləyir

Heydər Əsədov 1 milyard dollar qazanmağı hədəfləyir
  01 Noyabr 2017    Oxunub:2286
"Bu ilin 9 ayı ərzində ixracdan 396 milyon dollar gəlir əldə edilib. İlin sonuna qədər 550 milyon dollar gəlirin əldə ediməsi gözlənilir".
AzVision.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Nazirin sözlərinə görə, bir neçə il ərzində bu rəqəm 1 milyardı keçəcək.

"Bu, ölkənin makroiqtisadi sabitliyidir. İlin 9 ayı ərzində tərəvəz ixracı 70 faiz artıb. Ümumilikdə meyvə-tərəvəz ixracı isə 40 faiz artıb".

Nazir bildirib ki, bu günə qədər 8100-ə qədər fermerə 81 milyon güzəşt tətbiq edilib.

"Bu gün süni mayalanma ilə 100-dən artıq buzov doğulur ki, bu da 10 milyon manat subsidiya deməkdir" -deyə nazir vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Heydər-Əsədov  





Xəbər lenti