“ABAD”çı ailələrin məhsulları onlayn satışa çıxarılıb
Alıcılar bəyəndikləri məhsul növünü (həm əl işləri, həm də ərzaq məhsulları) seçərək, növbəti mərhələdə öz əlaqə məlumatlarını daxil etdikdən sonra məhsulu sifariş edə bilərlər. Məhsullara görə ödəniş nağdsız qaydada aparılır. Satışlardan əldə olunmuş vəsait birbaşa “ABAD”çı ailələrin bank hesablarına köçürülür.
“ABAD”çı ailə təsərrüfatlarının məhsulları bütün gigiyena və uyğunluq göstəricilərinə tam cavab verir. Tərkibində heç bir konservantların olmadığı bu məhsullar həmçinin özünəməxsus və təbii dadı ilə fərqlənir. Hazırda “ABAD” tərəfindən Masallı və Balakən rayonlarından ailə təsərrüfatlarının cem və mürəbbə məhsulları təqdim olunur. Gələcəkdə məhsul çeşidlərinin genişləndirilməsi, ət və süd məhsullarının onlayn satışının təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, www.abad.shop.az saytı vasitəsilə sifariş edilmiş məhsulların bütün Respublika üzrə çatdırılması həyata keçirilir. Azərbaycanda ailə təsərrüfatlarına asan dəstək konsepsiyasını həyata keçirən “ABAD” publik hüquqi şəxsi 23 sentyabr 2016-cı ildə yaradılıb. “ABAD” ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı olmaqla, iki prioritet istiqamət üzrə fəaliyyət göstərir.
AzVision.az
Teqlər: ABAD ASAN-Xidmət