Prezidentlərin Tehran görüşündə nələr müzakirə olunacaq?

Prezidentlərin Tehran görüşündə nələr müzakirə olunacaq?
  01 Noyabr 2017    Oxunub:1359
İran, Azərbaycan, Rusiya prezidentlərinin Tehranda baş tutacaq üçtərəfli görüşündə müzakirə ediləcək mövzular artıq bəllidir.
AzVision.az xəbər verir ki, prezidentlər siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin ən aktual mövzularına toxunacaq, terrorizm və ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli cinayətkarlığa qarşı mübarizədə birgə səylərin əlaqələndirilməsini müzakirə edəcəklər.

Görüşdə enerji problemləri, infrastruktur layihələri, xüsusəndə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi diqqət mərkəzində olacaq. Üç ölkənin lideri həmçinin aktual beynəlxalq problemlərə dair fikir mübadiləsi də aparacaqlar.

Prezidentlər eyni zamanda üç ölkənin regionları arasında birbaşa əlaqələrin genişləndirilməsi, idman sahəsində əlaqələrin dərinləşdirilməsi, turizm və gənclər mübadiləsinin artırılması, mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri barədə danışacaqlar. Sammitin yekununda dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirən birgə bəyanat qəbul ediləcək.

Qeyd edək ki, artıq Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Tehranda səfərdədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti