Orfoqrafiya lüğəti yenidən yazılacaq

Orfoqrafiya lüğəti yenidən yazılacaq
  01 Noyabr 2017    Oxunub:1976
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında mövzu ətrafında müzakirələrin aparılmasını, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılmasını təklif edib.
AzVision.az xəbər verir ki, komissiyanın tərkibinə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Mətbuat Şurası, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nümayəndə heyəti təmsil olunacaq.

O qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlər dilçilik elminin qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanması əhəmiyyət kəsb edir.

İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyəti elmi qurumları ilə birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə təqdim etmək, eləcə də 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti