Azərbaycan prezidenti Xamenei ilə görüşüb

Azərbaycan prezidenti Xamenei ilə görüşüb
  01 Noyabr 2017    Oxunub:1432
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib.

Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti