Abid Şərifov: "Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib"

  01 Noyabr 2017    Oxunub : 398
Abid Şərifov: "Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib"

"Azərbaycan daim Türkiyənin dəstəyini və diqqətini hiss edib və bu gün də hiss edir"

AzVision.az xəbər verir ki, bunu Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov deyib.

O, bildirib ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir: "Hər iki ölkə xalqlarının daha da yaxınlaşması üçün bütün qüvvə və səylərini sərf edir. Dağlıq Qarabağ məsələsində Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ötən gün Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında bir sıra sənədlər imzalandı. Bu sənədlər əlaqələrimizin daha da inkişafına təkan verəcək. Açılışı olan Bakı-Tbilisi Qars xətti sabitliyə və iqtisadi inkişafa töhfədir. Bu töhfənin əsasında Azərbaycan və Türkiyənin sarsılmaz dostluğu dayanır".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Abid-Şərifov