Ötən gün 97 cinayət faktı qeydə alınıb

Ötən gün 97 cinayət faktı qeydə alınıb
  02 Noyabr 2017    Oxunub:959
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti