Ermənistan BTQ-yə bir şərtlə qoşula bilər - XİN rəhbəri açıqladı

Ermənistan BTQ-yə bir şərtlə qoşula bilər - XİN rəhbəri açıqladı
  02 Noyabr 2017    Oxunub:3493
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Gürcüstan vasitəsilə Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə qoşulacağı haqda iddialara münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Məmmədyarov Ermənistanın bir şərtlə BTQ-yə qoşula biləcəyini deyib.
"Ölkələr arasında imzalanan sazişə görə, birgə müştərək şirkət yaradılacaq. Müştərək şirkət BTQ üzrə əməliyyatlara nəzarət edəcək. Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır" - XİN rəhbəri vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   BTQ  





Xəbər lenti