Məmmədyarov fransalı diplomatlara görüşüb

Məmmədyarov fransalı diplomatlara görüşüb
  02 Noyabr 2017    Oxunub:872
Xarici işlər naziri Elmar Məmmədyarov Pyer Alan Rafanın başçılıq etdiyi Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul edib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və idman sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin bu münasibətlərə töhfə verdiyi vurğulanıb.

E.Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və bu müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın müstəsna rolunu qeyd edib.

Pyer Alan Rafan Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini qeyd etdi. Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında “qardaşlaşma”nın artırılmasının önəmini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan E.Məmmədyarov, ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirib.

AzVision.az


Teqlər: XİN   Fransa  





Xəbər lenti