Gələn il bəzi müəllimlərin maaşı artacaq

Gələn il bəzi müəllimlərin maaşı artacaq
  02 Noyabr 2017    Oxunub:3421
İqtisadi təsnifat üzrə Təhsil Nazirliyinə ayrılacaq vəsaitin 1198327,1 min manatının və ya 84,0%-nin əməyin ödənişi (2017-ci illə müqayisədə 224921,3 min manat və ya 23,1% çox), 147356,8 min manatının və ya 10,3%-nin malların (iş və xidmətlərin) satın alınması (11619,5 min manat və ya 8,6% çox), 29680,9 min manatının və ya 2,1%-nin təqaüdlər və sosial müavinətlər (6733,3 min manat və ya 29,3% çox), 39157,7 min manatının və ya 2,7%-nin digər xərclər (9296,7 min manat və ya 31,1% çox) və 11671,5 min manatının və ya 0,8%-nin qeyri-maliyyə aktivlərinin alınması (1345,1 min manat və ya 13,0% çox) bölmələri üzrə xərc edilməsi proqnozlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib. Bildirilib ki, Nazirlik üzrə proqnozlaşdırılmış vəsaitin artımı əsasən əməyin ödənişi ilə bağlı xərclərin artımı ilə bağlıdır.

“Əməyin ödənişi üzrə nəzərdə tutulan artımın 138314,3 min manatı “Ümumi təhsil” köməkçi bölməsi üzrə nəzərdə tutulmuşdur ki, bu da cari ildə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əmək haqlarının artması nəticəsində növbəti ildə əlavə ödəniləcək vəsaitdən ibarətdir. Artımın 92785,2 min manatı “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölməsi üzrə proqnozlaşdırılıb.

Həmin vəsaitin 23180,0 min manatı dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 70137,7 min manatı 2018-ci ildə Respublikanın 26 şəhər və rayonunda ümumi təhsil müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin maliyyə təminatı üçün nəzərdə tutulmuş vəsaitdən ibarətdir”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Müəllim   Maaş  





Xəbər lenti