Robert Sekuta: “Əliyev-Sarkisyan görüşünü dəstəkləyirik”

  03 Noyabr 2017    Oxunub : 891
Robert Sekuta: “Əliyev-Sarkisyan görüşünü dəstəkləyirik”

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünə münasibət bildirib.

AzVision.az xəbər verir ki, hazırda Göyçayda səfərdə olan diplomat son görüşlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyənatını diqqətə çatdırıb.

Sekuta, Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşünü dəstəklədiyini vurğulayıb.

"Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə nail oluması işini dəstəkləyir. Biz münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdarıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olaraq qalır. Bizim mövqeyimiz dəyişməzdir".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: ABŞ   Səfir   Qarabağ