Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi keçirilib

Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi keçirilib
  03 Noyabr 2017    Oxunub:1493
Çəbhəyanı bölgələrin məktəbliləri Vətənpərvərlik mövzusunda inşa yazdılar. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi Ictimai Birliyinin reallaşdırdıgı layiha məhs bu bölgələrin şagirdləri üçün nəzərdə tutulmuşdu.
Naxçıvan MR-nın Çərçiboğan kənd məktəbində, Tovuz rayonunun Düzqırıqlı kənd məktəbində və Tərtər rayon 2 saylı məktəb liseyində "Cəbhəyani bölgələrin orta məktəblərində şagirdlər arasında Vətənpərvərlik mövzusunda inşa musabiqəsinin təşkili" adlı layihənin məqsədi bu günkü gəncliyə vətən sevgisini aşılamaqdır.

Nəticələr açıqlanmadan öncə vətənpərvərlik mövzusunda məktəblilər qarşısında müəllim, ekspert və hər bölgənin döyüşçüləri Qarabağ, Aprel döyüşləri haqqında ruhlandırıcı məlumat veriblər. Sonda isə inşa yazıları üzrə diplom və hədiyələr şagirdlərə təqdim olunub. İnşalardan belə qənaətə gəlmək olar ki, məktəblilər sərhədlərimizin bütövlüyü uğrunda təhsillərində böyük nəaliyyətlər əldə etməkdə, Azərbaycanın ərazi bütövlüyünün doğruluğunu bilikləri ilə çatdırmaqda qərarlıdırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti