Mehriban Əliyeva Tahir Əkbərin müalicə xərclərini öz üzərinə götürüb

Mehriban Əliyeva Tahir Əkbərin müalicə xərclərini öz üzərinə götürüb
  03 Noyabr 2017    Oxunub:4590
Bəstəkar Tahir Əkbərin müalicə xərcləri Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə fond tərəfindən ödəniləcək.
Bu barədə AzVision.az-a bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər məlumat verib. O bildirib ki, Tahir Əkbər 1 saylı Şəhər Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə köçürülüb.

“Tahirin vəziyyəti ağır olaraq qalır. Həkimlər çalışırlar ki, vəziyyəti stabil saxlasınlar. Müalicə xərclərini Mehriban xanım öz üzərinə götürüb. Ümidlə onun sağalacağını gözləyirik”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər bir neçə gün öncə insult keçirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti