“Qurbana deyirdim ki, milliyə getmə” – Millət vəkili

“Qurbana deyirdim ki, milliyə getmə” – Millət vəkili
  03 Noyabr 2017    Oxunub:3012
"Berti Foqts və Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul olub”

Milli Məclisin deputatı, “Qarabağ” klubunun azarkeşi Aqil Abbas Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsinə münasibət bildirib. Deputat AzVision.az-a deyib ki, Qurban Qurbanovun “Qarabağ”ı tərk etmədən millinin baş məşqçisi olması sevindirici haldır.
“Həmişə Qurbana deyirdim ki, milliyə getmə, “Qarabağ”ı buraxma. Əgər milliyə getsən, o zaman “Qarabağ”ın baş məşqçisi olmalısan. Misal da çəkdim ki, Lobanovski həm “Dinamo Kiyev”in, həm də SSRİ yığmasının baş məşqçisi olub. Peskov da bir müddət “Spartak”ın baş məşqçisi olub, həm də milliyə nəzarət edib. Qurbana deyirdim ki, baş məşqçi təklifi ilə razılaşsan, “Qarabağ”da qalmalısan”.

Deputat hesab edir ki, Berti Foqts, Robert Prosineçki Azərbaycan millisini dağıtmaqla məşğul olub: “Qurbana inanıram. Əminəm ki, millidə nəsə edəcək”

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Aqil-Abbas   Qurban-Qurbanov  





Xəbər lenti