Daxili İşlər Nazirliyinə əlavə səlahiyyət verildi

Daxili İşlər Nazirliyinə əlavə səlahiyyət verildi
  03 Noyabr 2017    Oxunub:1421
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə sənəd imzalayıb.
AzVision.az xəbər verir ki, sənədə əsasən, Daxili İşlər Nazirliyinin vəzifələri sırasına aşağıdakı 3.1.17-1-ci yarımbənd əlavə edilib:

“dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir”.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti