Direktor müavinlərinin seçim imtahanı başlayıb

  03 Noyabr 2017    Oxunub : 825
Direktor müavinlərinin seçim imtahanı başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.

İdarədən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri 220 nömrəli məktəb-liseydə ilk olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə imtahan keçirilib.

Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsində 367 nəfər iştirak edib. Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırıblar.
Noyabrın 4-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda imtahan mərhələsinə buraxılan iştirakçıların imtahan vaxtı barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
Növbəti imtahanda qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

3 noyabrda keçirilən imtahanlar:
Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
03.11.2017-ci il, saat 13:00
03.11.2017-ci il, saat 14:30
03.11.2017-ci il, saat 16:00
03.11.2017- ci il, saat 17:30

4 noyabrda keçiriləcək imtahanlar:
Psixoloq vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
04.11.2017- ci il, saat 09:30
04.11.2017- ci il, saat 11:00

Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
04.11.2017-ci il, saat 12:30
04.11.2017- ci il, saat 14:00

Kitabxanaçı vəzifəsinə işə qəbul üzrə imtahan vaxtı:
04.11.2017- ci il, saat 15:30

AzVision.az

Teqlər: İmtahan