Məmmədyarov İsveçdə rəsmi səfərdədir

  06 Noyabr 2017    Oxunub : 368
Məmmədyarov İsveçdə rəsmi səfərdədir

Xarici işlər naziri Elmar Məmmədyarov 6-7 noyabr tarixlərində İsveç Krallığında rəsmi səfərdə olacaq.

XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, 10 fevral 2016-cı ildə İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına səfər edib.

AzVision.az

Teqlər: XİN   Məmmədyarov