Hava limanında 2-ci terminalın qarşısında dayanacaq qoyulub

Hava limanında 2-ci terminalın qarşısında dayanacaq qoyulub
  06 Noyabr 2017    Oxunub:2273
“BakuBus” Hava Limanı ekspress xətləri üçün yenu dayanacaq təşkil edilib.
“BakuBus”MMC-dən AzVision.az-a verilən məlumata görə, 2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” şirkəti uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus"a məxsus Hava Limanı ekspress xəttin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub.

“Artıq sərnişinlərimiz həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttimizin xidmətlərindən istifadə edə bilər”.

Qeyd edək ki, avtobuslarımız 6:00-dan 20:00-dək yarım saatlıq, 21:00-dan 6:00-dək isə bir saatlıq intervalla Heydər Əliyev Beynəlxalq Hav Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: BakuBus   hava-limanı  





Xəbər lenti