“Sumqayıt”dan yubiley – 50-ci qələbə

“Sumqayıt”dan yubiley – 50-ci  qələbə
  06 Noyabr 2017    Oxunub:1293
Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turu “Sumqayıt”ın yubiley qələbəsi ilə əlamətdar olub.
AzVision.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə”ni ev oyununda 3:1 hesabı ilə məğlub edən “gənclik şəhəri” təmsilçisi elitada 50-ci qələbəsini qazanıb. 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Eyniadlı komanda keçirdiyi matçların 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” 102 dəfə uduzub.

“Kapital Bank Arena”da keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/2018 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçu kimi tarixə düşüb. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.

AzVision.az



Teqlər:





Xəbər lenti