"Bu maddə heç vaxt tətbiq edilməyib" - İnzibati Xətalar Məcəlləsi dəyişir

"Bu maddə heç vaxt tətbiq edilməyib" - İnzibati Xətalar Məcəlləsi dəyişir
  06 Noyabr 2017    Oxunub:3662
İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsi (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) və 345-ci (Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması) maddəsinin 2-ci (Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat məbləğində cərimə edilir) bəndi ləğv edilir.
Bu barədə AzVision.az-a millət vəkili Çingiz Qənizadə bildirib. Deputat deyib ki, təcrübəyə əsasən 345-ci maddənin 2-ci bənd tətbiq olunmur.

“Son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinə ehtiyac qalmır. Bu bəndin tətbiq olunmasına ehtiyac olunmadığından onun çıxarılması təklif edilir”.

Ç.Qənizadə qeyd edib ki, 342.1.2 maddə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə) də İnzibati Xətalar Məcəlləsindən çıxarılır:

“Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Təcrübə onu deməyə əas verir ki, İnzibati Xətalar Məcəlləsinin bu maddəsi heç vaxt tətbiq edilməyib. Bir müddət öncə bu məsələ müzakirə olundu. Bu günə qədər Dövlət Yol Polisi əməkdaşları tərəfindən yuxarıda göstərilən hər iki maddə ilə bağlı hansısa cərimənin tətbiq edilməsinin şahidi olmamışıq. Bu baxımdan praktikada tətbiq edilmədiyi üçün İnzibati Xətalar Məcəlləsindən çıxarılması təklif olunur. Bu dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təklif olunur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Çingiz-Qənizadə  





Xəbər lenti